Abşeron dairəvi dəmir yoluna əlavə qatarlar buraxıldı

  20 May 2020    Oxunub : 2896
Abşeron dairəvi dəmir yoluna əlavə qatarlar buraxıldı
Sərnişin sıxlığının artması ilə əlaqədar bu gündən etibarən Abşeron dairəvi dəmir yolu xətti ilə daha iki qatar hərəkətə başlayacaq.
“Azərbaycan Dəmir Yolları” QSC-dən Azvision.az -a verilən məlumata görə, Sumqayıt-Pirşağı-Bakı istiqaməti üzrə hərəkət edən 6620 nömrəli qatar Sumqayıtdan 18:10-da yola düşəcək və Bakıya 19:00-da çatacaq. Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə hərəkət edən 6023 nömrəli qatar isə Bakıdan 19:16-da yola düşəcək və Sumqayıta 19:53-də çatacaq.

Qeyd edək ki, bu qatarlar yalnız iş günlərində işləyəcək.

Azvision.az

Teqlər: Dəmir-yolu