Xarici investisiyalı şirkətlərin sayı artıb

  20 May 2020    Oxunub : 3844
Xarici investisiyalı şirkətlərin sayı artıb
Cari il mayın 1-nə ölkədə 15 min 257 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Azvision.az -a bildirilib ki, qeydiyyatda olan xarici investisiyalı kommersiya hüquqi şəxslərin 77,3 faizi məhdud məsuliyyətli cəmiyyət, 18,8 faizi xarici hüquqi şəxslərin Azərbaycan Respublikasındakı nümayəndəliyi və ya filialı, 0,9 faizi səhmdar cəmiyyət, 0,2 faizi kooperativ və 2,8 faizi isə digər təşkilati hüquqi formalardadır.

Yanvar-aprel aylarında qeydiyyatdan keçmiş aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur.

Apreldə 21 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib, ləğv edilən xarici investisiyalı kommersiya hüquqi şəxs olmayıb. Dövlət qeydiyyatına alınmış hüquqi şəxslər Pakistan, İran, Türkiyə, Gürcüstan və Hindistan investisiyalı hüquqi şəxslərdir. Onlar əsasən xidmət, ticarət, sənaye və digər sahələrdə fəaliyyət göstərirlər.

Azvision.az

Teqlər: Şirkət   Statistika