Türkiyədə koronavirusa yoluxanların sayı 154 mini keçdi

  22 May 2020    Oxunub : 2977
 Türkiyədə koronavirusa yoluxanların sayı 154 mini keçdi
Türkiyədə son sutka ərzində 27 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bir gündə 952 yeni yoluxma faktı qeydə alınıb. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 4276, yoluxanlar isə 154 min 500 nəfərə çatıb.

Türkiyədə indiyədək 116 min 111 xəstə sağalaraq evə buraxılıb.

Azvision.az

Teqlər: Türkiyə   Koronavirus