Azərbaycan neftinin qiyməti ucuzlaşdı

Azərbaycan neftinin qiyməti ucuzlaşdı
  23 May 2020    Oxunub:2997
Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşıb.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,93 dollar geriləyərək 35,13 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,67 dollar ucuzlaşaraq 33,25 dollar təşkil edib.

“Azeri Light” markalı Azərbaycan neftinin bir barrelinin qiyməti 1,31 dollar ucuzlaşaraq 35,09 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Azvision.az


Teqlər: Neft   Birja  





Xəbər lenti