Bu gün Ramazan bayramıdır

  24 May 2020    Oxunub : 3913
 Bu gün Ramazan bayramıdır
Bu gün Azərbaycanda Ramazan bayramıdır.
Azvision.az xəbər verir ki, Ramazan bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 24-nə təsadüf edir.

Koronavirus pandemiyası ilə əlaqədar ölkə məscidlərində bayram namazı qılınmayacaq. İnsanlar yalnız evdə dini ibadətləri yerinə yetirə bilərlər.

Xatırladaq ki, Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd edilir.

Azvision.az

Teqlər: Ramazan   Bayram