“Azərişıq” cəbhəboyu kəndlərdə yenidənqurma işlərini yekunlaşdırdı

“Azərişıq” cəbhəboyu kəndlərdə yenidənqurma işlərini yekunlaşdırdı
  28 May 2020    Oxunub:4830
Ağdam rayonunda məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə elektrik enerjisi təchizatı yaxşılaşdırılır.
“Azərişıq” ASC-dən Azvision.az -a verilən məlumata görə, Prezident İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq, “Azərişıq” ASC regionlarda elektrik enerjisinin təchizatının daha da yaxşılaşdırılması, istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamətində geniş tədbirlər həyata keçirir.

Ağdam rayonunun təmas xəttində yerləşən kəndlərində də elektrik enerjisi sistemi tamamilə yenidən qurulub. Rayon ərazisində məcburi köçkünlərin də məskunlaşdığı ərazilər daxil olmaqla ümumilikdə 15-dən çox kənd və yaşayış məntəqəsində yenidənqurma işləri görülüb. Ümumilikdə 2 567 ədəd yeni dayaq quraşdırılıb, 259 700 metr müxtəlif növ yeni kabel çəkilib. Həmçinin Ergi ərazisində yeni 110/35/10 kv-luq, Əfətli kəndində isə 35/10 kv-luq yarımstansiyalar tikilib istismara verilib. 36 ədəd müasir tipli müxtəlif güclü transfarmator məntəqəsi quraşdırılıb.

Azvision.az



Teqlər: Azərişıq  





Xəbər lenti