TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı - STATİSTİKA
Bildirilib ki, bu gün koronavirusa görə 4006 test aparılıb. İndiyədək həyata keçirilən testlərin sayı 284 min 669-a çatıb. Hazırda reanimasiyada olan xəstə sayı 79, süni tənəffüs cihazında olan xəstə sayı 20-dir.
Azərbaycanda bu günə kimi 4 759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 022 nəfər müalicə olunaraq sağalıb, 56 nəfər vəfat edib, 1 681 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 53 nəfərin vəziyyəti ağır, 62 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Azvision.az
Teqlər: TƏBİB Koronavirus