Nazirliyin səyyar mikroavtobusları Masallıda

  30 May 2020    Oxunub : 2497
Nazirliyin səyyar mikroavtobusları Masallıda
Kənd Təsərrüfatı Nazirliyinin səyyar mikroavtobusları Masallı rayonunda səyyar xidmətə başlayıb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları və Aqrar İnkişaf Könüllüləri Qızılağac, Yeddioymaq, Qarğalıq, Səmidxan və Şıxlar kəndlərində yazlıq əkinlərin bəyanı və arı ailələrinin qeydiyyata alınması ilə bağlı fermerlərə səyyar xidmət göstəriblər. Xidmətdən ümumilikdə 200-dən çox fermer yararlanıb.

Səyyar xidmət zamanı fermerlərə tibbi maskalar paylanıb, dezinfeksiya tədbirləri görülüb, növbənin təşkili zamanı sosial məsafə prinsipinə riayət edilib. Masallıda fermerlərə səyyar xidmət davam etdiriləcək.

Nazirliyinin səyyar xidmət mikroavtobusları Şəmkir, Şəki, Xaçmaz, KürdəmirBərdə rayonlarında da xidməti davam etdirir.

Azvision.az

Teqlər: KTN