Bank sektorunda vəziyyət necədir? - AÇIQLAMA

  01 İyun 2020    Oxunub : 2192
Bank sektorunda vəziyyət necədir? -  AÇIQLAMA
"Bank sektorunda stabillik qorunur. Bağlanan banklar istisna olmaqla, bankların kredit portfeli cari ildə 2,8 faiz artıb. May ayında 0,8 faiz artım olub".
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov onlayn mətbuat konfransında deyib. Onun sözlərinə görə, kredit portfelinin artımı biznes kreditləri ilə bağlıdır.

“İlin əvvəlindən biznes kreditləri 5 faizə qədər artıb. May ayında da artım müşahidə edilir. İpoteka kreditləri ilin əvvəlindən 9,4 faiz artıb. May ayında artım 5,5 faiz təşkil edib”.

E.Rüstəmov bildirib ki, pandemiya dövründə bankların balansında aktivlərin bir qədər pisləşməsi gözləniləndir.

Aytən Zəhra
Azvision.az

Teqlər: Bank