Bağlanan banklardakı əmanətlərin verilməsinə başlanıldı
AMB sədri qeyd edib ki, bu gündən “Ata Bank” ASC və “Amrahbank” ASC-də 30 min manat ekvivalentinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə “Kapital Bank” ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsinə başlanılıb.
İyulun 1-dən başlayaraq 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə “Kapital Bank” ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi gözlənilir.
Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2020-ci il 28 aprel tarixli qərarı ilə “Ata Bank” ASC və “Amrahbank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyalar ləğv edilib.
Azvision.az
Teqlər: