Zaqatalada alma, şaftalı və nektarində xəstəliklər aşkarlandı

  02 İyun 2020    Oxunub : 2185
 Zaqatalada alma, şaftalı və nektarində xəstəliklər aşkarlandı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Zaqatalada fitosanitar vəziyyətin müəyyənləşdirilib qiymətləndirilməsi məqsədilə fitosanitar müşahidələr aparıb.
Agentlikdən Azvision.az -a verilən məlumata görə, fitosanitar müfəttişlər bitki sağlamlığının qorunması və ixrac olunan məhsullarda risk səviyyələrinin müəyyən edilməsi məqsədilə Şəki-Zaqatala bölgəsində fındıq və meyvə istehsalı ilə məşğul olan fermerlərlə maarifləndirici görüşlər keçiriblər.

Görüş çərçivəsində bağlarda fitosanitar müşahidələr aparılıb, zəruri aqrotexniki tədbirlərin görülməsi barədə fermerlərə geniş məlumatlar verilib.

Fındıq bağlarında aparılan müşahidələr zamanı zərərvericilərdən fındıq mənənəsi (Myzocallis coryli) və fındıq güvəsinə (Gypsonoma dealbana), xəstəliklərdən unlu şehin (Phyllactinia guttata) ilkin simptomlarına rast gəlinməyib. Meyvə bağlarında isə almada dəmgil (Venturia inaequalis), şaftalı və nektarində yarpaq qıvrılması (Taphrina deformans) xəstəlikləri aşkar edilib.

AQTA əməkdaşları görüləcək mübarizə tədbirləri, istifadə ediləcək pestisidlər barədə sahibkarlara tövsiyələr verib. Eyni zamanda hazır məhsulların saxlanıldığı anbarlarda da monitorinq keçirilib. Qeyd edək ki, AQTA tərəfindən bu cür maarifləndirici tədbirlər mütəmadi olaraq davam etdirilir.

Azvision.az

Teqlər: AQTA