“Azərsu” modul tipli qurğuları təmir edəcək

“Azərsu” modul tipli qurğuları təmir edəcək
  02 İyun 2020    Oxunub:2530
“Azərsu” ASC modul tipli qurğularda təmir bərpa işlərinin satın alınması üçün tender keçirir.
ASC-dən Azvision.az -a bildirilib ki, qurum elektron satınalma vasitəsilə modul tipli qurğularda təmir bərpa işlərinin satın alınması üçün daxili vəsaiti hesabına açıq tender elan edib. Malgöndərənlər “etender.gov.az” dövlət satınalmalarının vahid internet portalından tender haqqında ətraflı məlumat əldə edə bilərlər.

Azvision.az



Teqlər: Azərsu  





Xəbər lenti