“Nefti problem kimi qələmə vermək düzgün deyil”

  02 İyun 2020    Oxunub : 1950
“Nefti problem kimi qələmə vermək düzgün deyil”
“Nefti Azərbaycan iqtisadiyyatında problem kimi qələmə vermək düzgün deyil”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Mirkişili deyib.

Komitə sədri bildirib ki, neft sadəcə bir çağırışdır: “Təbii ki, neftin Azərbaycan iqtisadiyyatının inkişafında həmişə çox böyük rolu olub. Bu gün aparılan islahatların da məqsədi qeyri-neft sektorunun inkişaf etdirilməsi, büdcədə neftin təsirini minimuma endirməkdir”.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Məclis