Vahid Əhmədov: “Bank sistemində hələ də problemlər var”

  02 İyun 2020    Oxunub : 2732
  Vahid Əhmədov:  “Bank sistemində hələ də problemlər var”
“2019-cu ildə bank sektorunda ciddi irəliləyişə nail ola bilməmişik. Bank sistemində problemlər bu gün də qalmaqdadır”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, nə qədər çalışılsa da, banklar real sektora vəsait qoymaq istəmirlər: “Bu yaxında 4 bank bağlandı. Onların depoziti 800 milyon manatdan yuxarıdır. İndi sual doğurur ki, həmin əmənatləri qaytarmaq üçün banklarda vəsait varmı?”.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Bank   Milli-Məclis