Büdcənin icrası barədə layihə plenar iclasa çıxarılır

   Büdcənin icrası barədə layihə plenar iclasa çıxarılır
  02 İyun 2020    Oxunub:2670
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
Azvision.az xəbər verir ki, iclasda “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə edilib.

İclasda Maliyyə naziri Samir Şərifov, nazir müavini Azər Bayramov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, deputatlar və digər qonaqlar iştirak edib. İclasda çıxış edən deputatlar təkliflərini bildiriblər.

Müzakirələrdən sonra “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi I oxunuşda müzakirə olunması üçün parlamentin plenar iclasına tövsiyə olunub.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   İclas   Komitə  





Xəbər lenti