Müvəqqəti vergi rejiminin tətbiqinə başlanıldı

Müvəqqəti vergi rejiminin tətbiqinə başlanıldı
  03 İyun 2020    Oxunub:2664
Azərbaycanda koronavirus (COVID-19) pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar müvəqqəti vergi rejiminin tətbiqinə başlanılıb.
Azvision.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Vergi Məcəlləsi nə edilmiş dəyişiklikləri təsdiqləyib. Dəyişikliklərə əsasən, vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı ümumi müddəalar müəyyən edilib.

Bu müddəalar yalnız 2020-ci il ərzində tətbiq edilir və gələn ildən vergi ödəyicisinin fəaliyyəti üzrə vergi öhdəlikləri, vergi ödəyicisinin hüquq və vəzifələri, vergi ödəyicisinin apardığı əməliyyatlara tətbiq edilən vergi dərəcələri, vergi güzəştləri və azadolmaları, vergilərin ödənilməsi müddətləri Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

Azvision.az



Teqlər: Vergi   İlham-Əliyev  





Xəbər lenti