Həftəsonları küçəyə çıxmaq qadağan ediləcək

  Həftəsonları küçəyə çıxmaq qadağan ediləcək
  03 İyun 2020    Oxunub:7472
"Yoluxma intensivliyinin yüksək olduğuna görə qarşıdakı bir və ya iki ay ərzində həftənin iki günü, bəlkə də üç günü ərzində vətəndaşların küçəyə çıxması, nəqliyyat vasitələrinin hərəkəti və iş rejimi məhdudlaşdırılacaq, mağazalar bağlanacaq".
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, təklif qəbul edilib və detalları müzakirə olunur.

"Bu təklif beynəlxalq təcrübəyə əsaslanıb. Biz bu barədə Ramazan bayramı zamanı demişdik. Lakin insanlarımız tərəfindən qaydalara əməl edilməməsi nəticəsində yoluxma artıb”.

TƏBİB sədri qeyd edib ki, bu həftədən başlayaraq bazar günü səhər saatlarınadək narıncı zona adlandırılan Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda küçəyə çıxmaq qadağasının tətbiq olunması gözlənilir.

Aytən Zəhra
Azvision.az


Teqlər: TƏBİB   Koronavirus  





Xəbər lenti