“Kapital Bank” “Sberbank”la əməkdaşlığı davam etdirir

  04 İyun 2020    Oxunub : 1858
“Kapital Bank” “Sberbank”la əməkdaşlığı davam etdirir
“Kapital Bank” Rusiyanın nəhəng bankı olan “Sberbank” ilə pulköçürməsi sahəsində əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində “Kapital Bank” “Sberbank” tərəfindən tərtib edilən mobil telefon nömrəsi vasitəsilə ani pulköçürmə sisteminə qoşulub.
Hazırda “Kapital Bank”a məxsus kartlara “Sberbank”ın sayt və mobil tətbiqi vasitəsilə pul köçürmək mümkündür. Bu üsulla maksimum məbləği sutka ərzində 50 min Rusiya rublu (800 ABŞ dolları) həddində olan köçürmələr zamanı 1 faiz (minimum 30 Rusiya rublu) komissiya haqqı tutulur. “Sberbank”ın sayt və mobil tətbiqi üzərindən köçürmələr Rusiya rublu valyutasında icra edilir, kartlara isə “Kapital Bank”ın kursuna əsasən manat valyutasında mədaxil olunacaq.

Qeyd edək ki, müxtəlif bankların müştəriləri arasında mobil telefon nömrəsi vasitəsilə ani pulköçürmələri sistemi “Sberbank” tərəfindən keçən ilin əvvəllərində tətbiq olunub. Bu sistemə, həmçinin Tacikistanın, Qırğızıstanın, Özbəkistanın və digər ölkələrin bankları da qoşulub.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 101 filialı və 15 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “www.kapitalbank.az” saytına, 196 Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Azvision.az

Teqlər: Kapital-Bank