Meksikadan Azərbaycana ixracın həcmi artıb

Meksikadan Azərbaycana ixracın həcmi artıb
  04 İyun 2020    Oxunub:2683
2020-ci ilin ilk rübündə Meksikadan Azərbaycana ixracın həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 225.49% artıb.
Meksikanın Azərbaycandakı səfirliyindən Azvision.az -a verilən məlumata görə, ilin ilk rübü ərzində Meksika məhsulların Azərbaycana ixracı 16.6 milyon dollar həcmində olub.

2020-ci ilin mart ayında COVİD-19 pandemiyasının təsirin beynəlxalq ticarətdə hiss olunmağa başlamasına rəğmən, 2020-ci ilin ilk iki ayındakı tendensiyanın qorunub-saxlanacağı təqdirdə, ümumi illik göstərici 65 milyon dolları ötə bilər.

2019-cu ildə Meksika-Azərbaycan ticarətində tarixi rekord göstərici - 52 milyon dollar qeydə alınıb.

Sözügedən dövr ərzində, Meksikadan Azərbaycana ümumi ixracın 80% neft sənayesi üçün borular və turizm sektorunda istifadə olunan avtomobillər (1000-1500 sm3 y 1500-3000 sm3 gücündə) təşkil edib. Qalan 20% 244 tarif fraksiyasına cavab verən məhsullar arasında bölünüb, bu isə Meksikadan Azərbaycana ixracın geniş çeşidli olmasını göstərir.

2020-ci ilin ilk rübündəki ixracın 45.16% dəmir və polad məhsulları, 37.64% avtomobillər və 6.78% müxtəlif maşın və elektrik cihazlar təşkil edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər:





Xəbər lenti