Tərtərdə ata və oğlu bıçaqlandı

   Tərtərdə ata və oğlu bıçaqlandı
  05 İyun 2020    Oxunub:3665
İyunun 4-də Tərtər rayonu ərazisində Bərdə şəhər sakini R.Cəmillinin xuliqanlıq zəminində Ağcabədi rayon sakinləri R.Muradova və oğluna bıçaq xəsarətləri yetirməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumatına görə, yaralılara xəstəxanada ilkin tibbi yardım göstərilib.

Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən R.Cəmilli saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti