Naxçıvanda 117 nəfərə əmək pensiyası təyin olunub

Naxçıvanda 117 nəfərə əmək pensiyası təyin olunub
  09 İyun 2020    Oxunub:2572
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu ötən ay ərzində nəzərdə tutulmuş tapşırıqların icrasını təmin edib.
Azvision.az xəbər verir ki, bu barədə Fondun məlumatında bildirilib.

Qeyd olunub ki, əmək pensiyaçılarına pensiya ödənişinin maliyyələşdirilməsi üçün müvafiq tədbirlər həyata keçirilib. Bu məqsədlə tələb olunan vəsait pensiyaçıların plastik bankomat kart hesablarına köçürülüb, yerlərdə isə poçt bölmələri vasitəsilə ödənilib. Eyni zamanda əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin ödənilməsi də diqqət mərkəzində saxlanılıb, həmin şəxslərə müvafiq məbləğdə vəsait ödənilib.

Pensiya hüququ yaranmış 117 vətəndaşa fond tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək pensiyası təyin olunub. Bunlardan 91-i yaşa, 5-i əlilliyə, 21-i isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxmış vətəndaşlardır.

Azvision.az


Teqlər: Naxçıvan   Pensiya  





Xəbər lenti