“Nar” alternativ enerji mənbəyi ilə çalışan yeni baza stansiyası istifadəyə verib
Alternativ enerji mənbəyi olaraq günəş enerjisindən istifadənin ətraf mühit üçün bir çox faydaları var. Panellərə texniki qulluq prosesinin zərərsiz olması, batareyaların uzunömürlülüyü və davamlılığı ətraf mühitin qorunmasına öz müsbət töhfəsini verir. Daha dayanıqlı “yaşıl” həllər üzərində çalışan “Nar” bərpaolunan enerji mənbələrindən istifadəni artırmaq üçün gələcək perspektivləri də dəyərləndirir.
Hazırda mobil operatorun 4G və 4.5G texnologiyalı baza stansiyaları ölkənin 54 regionunda əhalini yüksəksürətli internet və zəng xidmətləri ilə təmin edir. “Nar” şəbəkəsi ölkə ərazisinin 97,7 faizini əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Daha ətraflı məlumat “nar.az” səhifəsindən əldə etmək olar.
Azvision.az