Azərbaycanda elektrik enerjisinin istehsalı artıb
Məlumat əsasən, cari ilin yanvar-may aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 51,1 mln. kVt·st artaraq 10 796,5 mln. kVt·st olub.
2020-ci ilin 5 ayında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 9 650,6 mln. kVts (İES-lərdə 9 186,2 mln. kVt·st, SES-lərdə 464,4 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 155,8 mln. kVt·st (İES-lərdə 65,2 mln. kVt·st, SES-lərdə 75,1 mln. kVt·st, Günəş ES-də 15,5 mln. kVt·st), Müstəqil Elektrik Stansiyaları üzrə 990,1 mln. kVt·st təşkil edib.
Bu dövr ərzində elektrik enerjisinin ixracı 522,3 mln. kVt·st olmaqla, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 113,7 mln. kVt·st azalıb. Elektrik enerjisinin idxalı isə 62,2 mln. kVt·st təşkil etməklə, ötən ilin müvafiq dövrünə nisbətən 1,1 mln. kVt·st artıb.
Azvision.az