"Azərpoçt" IFC ilə tərəfdaşlığa başladı

"Azərpoçt" IFC ilə tərəfdaşlığa başladı
  11 İyun 2020    Oxunub:2767
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki "Azərpoçt" MMC Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC ) ilə tərəfdaşlığa başlayıb.
"Azərpoçt"dan Azvision.az -a verilən məlumata görə, məqsəd ölkədə, xüsusilə ucqar ərazilərdə yaşayan əhali və fəaliyyət göstərən özəl sektorun elektron maliyyə xidmətlərindən istifadəsini genişləndirməkdir.

Layihəyə əsasən, IFC elektron maliyyə əməliyyatlarını icra etməyə imkan verən elektron pul kisəsinin hazırlanmasında "Azərpoçt"la birgə çalışacaq.

Azvision.az


Teqlər: Azərpoçt  





Xəbər lenti