Taxıl zəmilərinin 14,9 faizində biçin başa çatıb
Bu günədək arpa üzrə ən yüksək 92412,4 hektar sahə biçilib.
İndiyədək ən yüksək məhsuldarlıq Tovuz rayonunda qeydə alınıb - 44 sent/ha. Bərdə (39,7 sent/ha) Sabirabad (38,1 sent/ha), Saatlı (37,7 sent/ha), İmişli (37,6 sent/ha), Samux (37,6 sent/ha), Salyan (37,5 sent/ha), Ağdam (36,6 sent/ha), Qax (35,7 sent/ha), Tərtər (34,4 sent/ha) və Ağsu (33 sent/ha) rayonlarında məhsuldarlıq göstəricisi yüksəkdir.
Qeyd edək ki, bu il Azərbaycanda 1010218 hektar sahədə payızlıq taxıl əkilib. Bunlardan 640977,6 hektarı buğda, 369240,4 hektarı arpa sahələridir.
Biçin prosesi davam edir.
Azvision.az