Pandemiya dövründə enerji təchizatı yüz faiz təmin olunub

Pandemiya dövründə enerji təchizatı yüz faiz təmin olunub
  11 İyun 2020    Oxunub:2968
24 saat növbəli iş prinsipi ilə fəaliyyət göstərən və bir saniyə də olsun elektrik enerjisinin istehsalını, o cümlədən ötürülməsini dayandırmayan “Azərenerji” ASC tabeliyindəki müəssisələrdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirməklə yanaşı, istehlakçıların dayanıqlı və keyfiyyətli enerji təminatı üçün bütün lazımi addımları atır.
Bu barədə Azvision.az -a Azərenerji” ASC-dən məlumat verilib.

Bildirilib ki, pandemiya elan edilən gündən bəri, istər qaydalar yumşaldılanda, istərsə də sərt karantin elan olunan günlərdə elektrik stansiyası, sistem əhəmiyyətli yarımstansiya və yüksək gərginlikli elektrik xətlərində və bununla da enerji təchizatında heç bir problem yaranmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarına uyğun olaraq, sərt karantin günlərində də işləməsi vacib sayılan qurum olaraq “Azərenerji”nin əksər əməkdaşları iş başında olublar. Üstəlik, bu müddət ərzində pandemiyanın hökm sürdüyü qonşu ölkələrə də enerji ixracı lazımi səviyyədə həyata keçirilib.

Azvision.az


Teqlər: Azərenerji  





Xəbər lenti