“Azəriqaz” İstehsalat Birliyindən
Azvision.az -a verilən məlumata görə, 2020-2021-ci illər ərzində qaz təchizatının yaxşılaşdırılmasına dair həyata keçirilən tədbirlər proqramına uyğun olaraq Zərdab rayonunun Salahlı kəndi yaxınlığında Qarasu çayının içindən keçən qaz xətti bərpa edilərək yenidən istismara verilib. Diametri 219 millimetr olan polad kəmər, çay üzərindən 60 metrlik məsafəni dayaqlar üzərində, diametri 530 millimetrlik borunun içərisi ilə aparılaraq keçirilib. Bu da qaz xəttinin dayanıqlılığına tam zəmanət verir. Buna qədər həmin ərazidəki qaz xətti sel sularının təsirindən çay yatağının dəyişməsi zamanı xeyli aşağı düşmüşdü. Bəzi hallarda boru su altında qalırdı. Artıq Qarasu çayından keçən qaz xətti 4 metr hündürlüyündə dayaqlar üzərində təhlükəsiz şəraitdə istismar olunacaq.
Azvision.az