“Azəriqaz” gücləndirilmiş rejimdə işləyəcək
“Azəriqaz” İstehsalat Birliyi olaraq smart-kart tipli sayğaclardan istifadə edən abonentlərimizdən xahiş edirik ki, sayğaclarının istifadə olunmayan qalıq qaz həcmini nəzərdən keçirsinlər. Əgər iki gün sərt karantin vaxtında bu qalıq qaz həcmi onların təlabatını ödəməyəcəksə, mütləq 14 iyun tarixinə qədər balansı artırsınlar. Çünki 14 və 16 iyun tarixlərində hər hansı ödəniş məntəqəsi işləməyəcək və bu halda qazsız qalmanız qaçılmazdır. Qeyd edək ki, ötən həftə əvvəlcədən xəbərdarlıq etməyimizə baxmayaraq, iyunun 6-sı və 7-də belə hallar müşahidə edilmişdir. Ona görə də smart-kart tipli sayğaclardan istifadə edən abonentlərimizə tədbirli davranmalarını tövsiyyə edirik. Bunun üçün smart-kartlarına müəyyən qədər ehtiyat məbləğ yükləmələri məsləhət görülür. Eyni zamanda kart oxuyucu (card-reader) cihazı olan abonentlər asanlıqla onlayn ödəmə portalları vasitəsilə ödənişi həyata keçirə bilərlər.
Azvision.az
Teqlər: Azəriqaz