"Azərişıq" kommunal xidmətlər sahəsində ilkə imza atdı
V.Nəbibəyli bildirib ki, Baş Nazirin qərarı məişət abonentinə ənənəvi kağız bildirişlə yanaşı SMS bildiriş almasına da imkan yaradacaq:
"Artıq abunəçilər həm mobil nömrələrinə SMS vasitəsi ilə, həm də elektron poçt vasitəsi ilə bildirişlər ala biləcəklər. Bu isə bizə imkan verəcək ki, gələcəkdə kağız bildirişlərdən imtina edək. Onu da qeyd edim ki, bu, Azərbaycan kommunal sistemləri tarixində ilk belə addımdır".
Q.Həmidov isə hazırda abonentlərin bir çoxunun bu sistemdən istifadə etdiyini qeyd edib:
"Biz bu sistemi mart ayında istifadəyə verdik və sonra hökumətə təklif etdik ku, pandemiya şəraitində bundan istifadənin genişləndirilməsi üçün qaydalara ehtiyac var. Bundan əlavə biz artıq bir neçə ildir ki, azerishiq.az saytında abunəçiyə "Elektron kabinet" yaratmağa imkan yaratmışıq. Elektron kabineti olan abunəçilər sms bildiriş sisteminə, yaxud avtomatik geri qoşulma imkanı yaratmışıq. Ümumilikdə 2 509 066 məişət abunəçimiz car. Hazırda onlardan 1 057 431 abonent SMS bildirişlərdən istifadə edir ki, onların da 1 057 237 abunəçi öz gsm məlumatını sistemə daxil edib. Son 2 ayda istehlakçılara 5 128 372 SMS göndərilib. Hər bir abunəçi hər ay maksimum 3 dəfə bu xidmətdən istifadə edə bilər".
"Azərişıq" rəsmiləri SMART kart abunəçiləri üçün də yeniliklər edəcəklərini açıqlayıblar:
"Tezliklə biz bu növ abunəçilərə "card reader"lər təqdim edəcəyik. Hazırda pandemiya dövrüdür və bu bir daha onlara şərait yaradacaq ki, evdən çıxmadan həmin qurğu vasitəsi ilə hesablarına pul əlavə etsinlər".
Azvision.az