Mərkəzi Bank 250 milyon manat cəlb edir

Mərkəzi Bank 250 milyon manat cəlb edir
  12 İyun 2020    Oxunub:2816
İyunun 16-da Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
AMB-dən Azvision.az -a bildirilib ki, hibrid hərracda 250 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 13 gündür.

"Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 6,76-7,24 faiz təşkil edir.

Azvision.az



Teqlər: MərkəziBank  





Xəbər lenti