Baytarlar özəl xidmət fəaliyyətinə hazırlanır

Baytarlar özəl xidmət fəaliyyətinə hazırlanır
  12 İyun 2020    Oxunub:2588
“Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsi çərçivəsində Abşeron, Bərdə, Göygöl, Qəbələ və Masallı rayonlarının Dövlət Aqrar İnkişaf mərkəzlərində sahə baytarlıq məntəqələrinin həkim və feldşerlərinin iştirakı ilə ”Əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi” mövzusunda təlimlərə start verilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Azvision.az -a bildirilib ki, təlimlərin keçirilməsində məqsəd sahə baytarlıq məntəqələrinin baytar həkimləri və feldşerlərinin bu sahədə bacarıq və vərdişlərinin artırılmasına nail olmaq, əməyin təhlükəsizliyi, həmçinin ətraf mühitin çirklənməsinin qarşısının alınması sahəsində onların müvafiq biliklərə yiyələnməsini təmin etməkdir.

Təlimlərə sahə baytarlıq məntəqələrinin 1624 baytar həkimi və feldşeri cəlb edilib. Təlimlər davam etdirilir.

Azvision.az


Teqlər: Baytar  





Xəbər lenti