Dizel yanacağı və benzin istehsalı artıb
Neft məhsullarından sürtkü yağlarının istehsalı 61,2 faiz, neft bitumunun istehsalı 37,2 faiz, yanacaq mazutunun istehsalı 17,4 faiz, dizel yanacağının istehsalı 5 faiz, avtomobil benzininin istehsalı 1,2 faiz artıb. Neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 3,5 faiz, neft koksunun istehsalı 6,7 faiz, ağ neftin istehsalı isə 13,6 faiz azalıb.
Azvision.az