COVID-19 siyahısı - Ermənistan dünyada 15-ci oldu

  COVID-19 siyahısı  - Ermənistan dünyada 15-ci oldu
  13 İyun 2020    Oxunub:3533
Ermənistan hər milyon nəfərə düşən koronavirusa yoluxma hallarının sayına görə dünyada 15-ci yerdə qərarlaşıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ölkədə 16 004 yoluxma faktı qeydə alınıb. Bu, milyon nəfərə 5401 yoluxma deməkdir.

Xatırladaq ki, iyunun 10-da Ermənistan bir milyon nəfərə düşən koronavirus infeksiyası hallarının sayına əsasən, dünyada 19-cu, iyunun 8-də 20-ci, iyunun 5-də isə 22-ci yerdə olub.

Ölkədə COVID-19 ilə əlaqəli ölüm sayı 264-ə çatıb. Bu, milyon nəfərə 89 ölüm deməkdir və qeyd edilən göstərici ilə Ermənistan hazırda dünyada 33-cüdür.

Aşkar edilmiş yoluxma hallarının mütləq sayına görə ABŞ dünyada lider olaraq (2,117,027) qalır, lakin milyon nəfərə düşən halların sayına əsasən, Ermənistandan cəmi üç pillə yuxarıdadır, yəni 12-ci yer.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ  





Xəbər lenti