Qeyri-neft-qaz məhsullarının ixracı azalıb

Qeyri-neft-qaz məhsullarının ixracı azalıb
  13 İyun 2020    Oxunub:6096
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda qeyri-neft-qaz məhsullarının ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 5,8 faiz, real ifadədə isə 12,9 faiz azalaraq 548,9 milyon dollara bərabər olub.
Dövlət Statistika Komitəsindən Azvision.az -a bildirilib ki, qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,9 faiz), Türkiyəyə (22,3 faiz), Gürcüstana (10,7 faiz), İsveçrəyə (8,8 faiz), Çinə (3,3 faiz), Ukraynaya (2,4 faiz), İtaliyaya (2,3 faiz), Qazaxıstana (1,8 faiz), İrana (1,4 faiz), Belarusa (1,2 faiz), ABŞ-a (1,2 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Azvision.az


Teqlər: Statistika  





Xəbər lenti