Muzdla işləyənlərin sayı 6 faiz artıb

Muzdla işləyənlərin sayı 6 faiz artıb
  14 İyun 2020    Oxunub:4908
Mayın 1-nə muzdla işləyənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 92,8 min nəfər və ya 5,9 faiz artaraq 1 milyon 676,1 min nəfər olub.
Dövlət Statistika Komitəsindən Azvision.az -a bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda 33,6 min nəfər, qeyri-neft-qaz sektorunda isə 1 milyon 642,5 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 24,1 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,8 faizi tikintidə, 7,4 faizi emal sənayesində, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2 faizi mədənçıxarma sənayesində, 1,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində məşğul olub. Xidmət sahəsində işləyənlərin 19,9 faizi təhsil, 17,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,1 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi istirahət, əyləncə və incəsənət, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 1,7 faizi informasiya və rabitə, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində işləyiblər.

Yanvar-aprel aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 133,7 saat təşkil edib.

Azvision.az


Teqlər: Statistika  





Xəbər lenti