Əhalinin banklarda 7,7 milyard manat pulu var

Əhalinin banklarda 7,7 milyard manat pulu var
  16 İyun 2020    Oxunub:2759
Mərkəzi Bankın məlumatına görə, mayın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği aprel ayı ərzində 493,7 milyon manat azalaraq 7 milyard 758 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, əmanətlərin 55,1 faizi xarici, 44,9 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 3,9 faiz, xarici valyutada əmanətlər isə 16 faiz azalıb.

May ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,85 (1,87) manata, 100 rus rubluna 2,33 (2,46) manata bərabər olub.

Azvision.az



Teqlər: Əmanət  





Xəbər lenti