Bu il 492 min tondan çox neft məhsulları ixrac edilib

Bu il 492 min tondan çox neft məhsulları ixrac edilib
  16 İyun 2020    Oxunub:2394
Cari ilin yanvar-may aylarında ölkədən 492,1 min ton bitumlu süxurlardan alınmış neft və neft məhsulları - tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə faiz və ya daha çox olan məhsullar ixrac edilib.
Azvision.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən məhsulların dəyəri 132,2 milyon ABŞ dollarından çox olub.

Xatırladaq ki, keçən ilin ilk 5 ayında Azərbaycandan 436,2 min ton neft məhsulları ixrac edilib və həmin ixracın dəyəri 219,9 milyon dollar olub.

Azvision.az


Teqlər: Neft   DGK  





Xəbər lenti