“İlin sonunadək çox cüzi bir resessiya olacaq” - Elman Rüstəmov
"Lakin biz makroiqtisadi sabitliyi qoruya bilmişik, inflyasiyanın səviyyəsi təqribən 3 faizdir. Milli valyutanın kursu sabitdir və mübadilə kursu üzərində heç bir təzyiq yoxdur. Proqnozlara görə, bu ilin sonunadək çox cüzi bir resessiya olacaq. Lakin maliyyə sektorunda vəziyyət çox sabitdir və həmçinin bəzi qeyri-sabit bankların sistemdən çıxarılmasına nail olmuşuq", - deyən AMB sədri qeyd edib ki, qorunan əmanətlərin sığortalanması üzrə qanunun müddəti artırılıb və maliyyə sektorunda sabitliyin qorunması üzrə bütün addımlar atılacaq.
Azvision.az
Teqlər: Elman-Rüstəmov