Qanunsuz işləyən balıq istehsalı sexi bağlandı

Qanunsuz işləyən balıq istehsalı sexi bağlandı
  18 İyun 2020    Oxunub:2857
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən əhalinin sağlamlığının qorunması və ölkədə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində yoxlama-nəzarət tədbirləri davam etdirilir.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, agentliyin əməkdaşları tərəfindən Gəncə şəhəri, Zeynal Xəlil küçəsində yerləşən Salmanov Fuad Cəmil oğluna məxsus qanunsuz fəaliyyət göstərən hisə verilmiş balıq istehsalı müəssisəsində reyd keçirilib. Reyd zamanı sexin sanitar-gigiyenik norma və qaydaların tələblərinə cavab vermədiyi, xammalın yuyulmasında istifadə olunan vannaların mütəmadi təmizlənmədiyi, balıqların çirkli və yararsız qablarda duzlanaraq saxlanıldığı məlum olub.



Qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Baxış zamanı aşkarlanan 145 kq duzlanıb dincə qoyulmuş, 100 kq istehsala hazır vəziyyətdə saxlanılan və 55 kq istifadəyə yararsız olan balıq məhsulları məhv edilib.



AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirləri bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.

Azvision.az



Teqlər: AQTA  





Xəbər lenti