Meksikadan Azərbaycana şəkər ixracı artıb

Meksikadan Azərbaycana şəkər ixracı artıb
  19 İyun 2020    Oxunub:2988
2013-2019-cu illər ərzində Meksikadan Azərbaycana şəkər və şirniyyat məhsullarının ixracı ümumillikdə 35.7 milyon dollar dəyərində olub. Bu məbləğin 99%-i şəkər qamışından əldə edilən xam şəkərin satışından əldə edilib.
Bu barədə Azvision.az -a Meksikanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Meksikanın şəkəri və şirniyyat məhsulları 2013-cü ildən Azərbaycan bazarında mövcuddur.

Məlumata görə, Meksika şəkərinin idxalında qeyd olunan tendensiya son illərdə artaraq, 2019-cu ildə əhəmiyyətli rekord göstərici - 22.3 milyon dollara çatıb. Bu məbləğ 2019-cu ildə iki ölkənin ümumi ticarətin 40%-i təşkil edib.

Həmçinin, Azərbaycan Meksikadan az miqdarda saqqız (şəkərli və ya şəkərsiz) və son illərdə artım qeydə alınan şəkərdən hazırlanan digər şirniyyat məhsulları idxal edir.

2015-ci ildə Azərbaycan 13.4 milyon dollar dəyərində Meksika şəkərini idxal edib.

2019-cu ildə isə Meksikadan Azərbaycana ixracatın 42.56% təşkil edərək, ümumi məbləği 22.2 milyon dollara çatan Meksika şəkəri həmin ildə ikitərəfli ticarətin inkişafında vacib rol oynadı.

2015-2019 illərdə şəkər ixracı 65.67% artıb.

Qeyd etmək lazımdır ki, hazırda Meksikada 15 ştat üzrə bölünən 504 min birbaşa iş yeri olan 51 şəkər zavodu fəaliyyət göstərir. Verakruz və Xalisko ştatlarının payına milli istehsalın təxminən 50.6% düşür. 2018-ci ilin rəqəmlərinə əsasən, ölkədə təxminən 55.9 milyon ton şəkər qamışının istehal olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Azərbaycan  





Xəbər lenti