Naxçıvanda 62,5 milyondan çox kredit verilib

Naxçıvanda 62,5 milyondan çox kredit verilib
  22 İyun 2020    Oxunub:2582
Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılıb, 2020-ci ilin yanvar-may aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 62 milyon 535 min 400 manat məbləğində kreditlər verilib ki, bu da bir il öncəki göstəricidən 1,8 dəfə çoxdur.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, verilmiş kreditlərin 8 milyon 413 min 300 manatı və yaxud 13,5 faizi qısamüddətli, 54 milyon 122 min 100 manatı və yaxud 86,5 faizi uzunmüddətli kreditlər olub.

1 iyun 2020-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 87692-yə çatıb ki, bunun da 76879-u və ya 88 faizə yaxını aktiv hesablardır. 2020-ci ilin yanvar-may aylarında açılmış 15936 bank hesabının 15926-sı aktiv hesablar olub. Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 iyun 2020-ci il tarixə 1298-ə çatıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naxçıvan   Bank   Kredit  





Xəbər lenti