Naxçıvanın xarici ticarət dövriyyəsi artıb

Naxçıvanın xarici ticarət dövriyyəsi artıb
  22 İyun 2020    Oxunub:2766
Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaradıb, 2020-ci ilin yanvar-may aylarında 155 milyon 506 min 400 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, ixracın dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə artaraq 128 milyon 159 min 400 ABŞ dolları təşkil edib, 100 milyon 812 min 400 ABŞ dolları dəyərində müsbət saldo yaranıb.

Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 383 növdə məhsul istehsal olunur ki, bunun
da 126 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq,
242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar
hesabına ödənilir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naxçıvan   İxrac   Məhsul   İstehsal  





Xəbər lenti