Azərbaycanda 15,2 milyon ton neft hasil edilib

Azərbaycanda 15,2 milyon ton neft hasil edilib
  24 İyun 2020    Oxunub:2817
Bu ilin yanvar-may aylarında Azərbaycanda 15,2 mln. ton neft (kondensatla birlikdə) hasil edilib.
Energetika Nazirliyindən Azvision.az -a verilən məlumata görə, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə, təxminən, 463 min ton az olub.

Məlumata əsasən, respublika üzrə hasil edilmiş neftin (kondensatla birlikdə) 10,5 mln. tonu “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları bloku, 1,6 mln. tonu (kondensat) “Şahdəniz” qaz-kondensat yatağının payına düşüb. Hesabat dövrü SOCAR üzrə hasilat isə 3,1 mln. ton təşkil edib.

Azvision.az




Teqlər: Energetika-Nazirliyi  





Xəbər lenti