Azərbaycan nefti ucuzlaşdı

  25 İyun 2020    Oxunub : 1104
Azərbaycan nefti ucuzlaşdı
Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşıb.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,45 dollar ucuzlaşaraq 39,86 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,34 dollar geriləyərək 37,67 dollar təşkil edib.

“Azeri Light” markalı Azərbaycan neftinin bir barrelinin qiyməti isə 3,15 dollar ucuzlaşaraq 41,57 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft   Birja