Bağlanan bankların müştərilərinə 100,4 milyon verildi
Ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada Azərbaycan Beynəlxalq Bankın adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.
Qeyd olunur ki, "Əmanətlərin sığoratalanması haqqında" Azərbaycan Respublikasının Qanunun 28.3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.
Azvision.az
Teqlər: Bank