Çindən gələn yük karvanı Bakıdan Türkiyəyə yola salındı - FOTO

   Çindən gələn yük karvanı Bakıdan Türkiyəyə yola salındı -    FOTO
  30 İyun 2020    Oxunub:1807
Çindən hərəkət edən növbəti yük karvanı Bakı Limanından keçərək Türkiyəyə yola salınıb.
Bakı Limanından Azvision.az -a verilən məlumata görə, iyun ayının 30-da Çinin Sian şəhərindən çıxan və Türkiyənin İstanbul şəhərinə istiqamətlənən 43 konteynerdən ibarət blok qatarı Bakı Limanında aşırılıb. 6 saat davam edən yükaşırma əməliyyatından sonra yüklər Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzərindən Türkiyəyə çatacaq.

Qatarla Türkiyə Respublikasına Çin istehsalı olan elektronika məhsulları göndərilib. Yükdaşımanın operatoru Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu konsorsiumunun üzvü "Ady Container" MMC-dir.

Qeyd edək ki, bu, Sian-İstanbul marşrutu üzrə hərəkət edən ikinci karvandır. "Xi'an Free Trade Port Construction and Operations" logistik platforma tərəfindən təşkil olunan blok qatar mütəmadi olaraq Çindən Türkiyəyə yüklər daşıyacaq.







Azvision.az


Teqlər: Çin   Türkiyə   Bakı   Liman  





Xəbər lenti