Əmək müqavilələrinin sayı 210 min artıb

 Əmək müqavilələrinin sayı 210 min artıb
  30 İyun 2020    Oxunub:2829
2019-cu il yanvarın 1-də ölkədə 539 min 522 əmək müqaviləsi bağlanmışdısa, 2020-ci il 26 iyunda bu rəqəm 751 min 705 olub.
Azvision.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, son 18 ay ərzində bağlanan əmək müqavilələrinin sayı 210 min artıb.

Nazir, həmçinin bildirib ki, pandemiya dövründə ölkə iqtisadiyyatı çətinliklə üzləşsə də, biznes mühitin yaxşılaşması istiqamətində işlər görülür.

"Çünki son illər ölkədə biznes mühiti yaxşılaşdırılır, iş adamlarının fəaliyyətinə müxtəlif müdaxilələrin azalması müşahidə edilir. İlin sonuna qədər ölkə iqtisadiyyatında balans yaranacağına inanırıq”.

Azvision.az




Teqlər: Əmək-müqaviləsi  





Xəbər lenti