"Azərişıq" ölkəyə yeni smartkart qurğuları gətirdi

"Azərişıq" ölkəyə yeni smartkart qurğuları gətirdi
  30 İyun 2020    Oxunub:2813
Bu gün "Azərişıq" ASC ölkəyə gətirdiyi "SMART card reader" cihazlarının təqimatını keçirib.
Azvision.az xəbər verir ki, təqdimatı qurumun İnformasiya texnologiyaları departamentinin rəisi Qalib Həmidov edib.

Onun sözlərinə görə, yeni cihazlar SMART kartların ev şəraitində yüklənməsinə şərait yaradacaq: "Bilirsiniz ki, son aylarda koronavirus oandemiyası ilə bağlı ölkəmizdə işlər aparılır. "Azərişıq" olaraq biz də bu işlərə öz töhvəmizi verməyə çalışdıq. Belə ki, "Azərişığ"ın mobil əlavəsinə etdiyimiz yenilikdən sonra "SMART card reader" cihazını telefona qoşmaqla ödəniş etmək olur. Hazırda yalnız android əməliyyat sistemli telefonlar üzərindən bu mümkündür. Amma yanın günlərdə android platforması üzərindən də bunu etmək mümkün olacaq".

Departament rəisi qeyd eidb ki, bu avadanlıqlar 300 mondən çox abunəçinin işini asanlaşdıracaq: "Hazırda "Azərişığ"ın 550 minə yaxın smart kart tipli sayğacı olan abunəçisi var. Həmin abunəçilərin istifadəsində olan smaet kartlar iki cürdür. Hazırda yalnız onlardan bir qrupu bunu istifadə edə biləcək. Bu isə təxminən 300 mindən bir qədər artıq abunəçi deməkdir. Qarşıdakı günlərdə isə digər növ smart kart sayöaclarında da bunu istifadə etmək mükün olacaq.

Hazırda "SMART card reader"lərdən təxminən 3 000 ədəd gətirilib. Onların qiyməti 18-20 manat civarında olacaq. Abunəçilər bu cihazları "ASAN kommunal" və "ASAN Xidmət" mərkəzlərindən əldə edə biləcəklər".

Azvision.az


Teqlər: Azərişıq  





Xəbər lenti