Gömrükdən gizlədilən siqaretlər aşkarlandı

Gömrükdən gizlədilən siqaretlər aşkarlandı
  01 İyul 2020    Oxunub:2554
Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda 3 fakt üzrə 5000 ədəd müxtəlif markalı siqaretin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a bildirilib ki, Gürcüstandan gələn Azərbaycan vətəndaşlarının “MAN”, “Mercedes Benz Actors” və Türkiyə vətəndaşının “DAF” markalı yük avtomobilləri saxlanılıb və gömrük baxışı keçirilib. Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən ümumilikdə 5000 ədəd “Marlboro” markalı siqaret aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər:





Xəbər lenti