Azərbaycan nefti cüzi ucuzlaşıb

  04 İyul 2020    Oxunub : 2779
Azərbaycan nefti cüzi ucuzlaşıb
Dünya birjalarında neftin qiyməti ucuzlaşır.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,34 dollar ucuzlaşaraq 42,80 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,33 dollar geriləyərək 40,32 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,15 dollar ucuzlaşaraq 43,85 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft